ZİRVƏ GÖRÜŞÜ: “Bu, Azərbaycanın növbəti uğurudur” – Ceyhun Məmmədov

media-hightechnic-468x90

 

“Son illər Azərbaycanın beynəlxalq və mötəbər tədbirlərin ev sahibi olması ölkəmizin artan nüfuzundan xəbər verir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov, bu gün Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü ilə bağlı fikirlərini bölüşərkən deyib.

media-ceyhun6-1

Deputat bildirib ki, Azərbaycan artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi sabitlik və nüfuz mərkəzinə çevrilib:

 “Qeyd etmək lazımdır ki, bu gün ölkəmiz növbəti beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, bizim üçün qürurvericidir. Qarabağla Şərqi Zəngəzur bir çox mötəbər tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün biz davamlı olaraq müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini görürük. Əlavə olaraq qeyd etmək istəyirəm ki, sözügedən ərazilərimizdə keçirilən görüşlər olduqca önəmlidir və bu günkü Zirvə Görüşündə bir çox region dövlətlərinin rəhbərləri iştirak edərək bu prosesə öz töhfələrini verirlər. Bu tədbiri də Azərbaycanın növbəti uğuru kimi qiymətləndirə bilərik”.

Deputat əlavə edib ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə doğru inamla irəliləyir və Xankəndidə keçirilən Zirvə Görüşü bunun bariz nümunəsidir:

 “Bu gün Azərbaycan qarşısına qoyduğu hədəf və məqsədlərə nail olmaqdadır. Keçirilən Zirvə Görüşünü də bunun növbəti təzahürü hesab etmək olar. Eyni zamanda bu, ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərin göstəricisidir”.

Ceyhun Məmmədov, həmçinin, Xankəndinin işğaldan azad edildikdən sonra öz əsl kimliyinə qayıtdığını və Azərbaycan reallıqlarına inteqrasiya etdiyini vurğulayıb:

“Cənab Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olub. Bu gün keçirilən tədbir isə Azərbaycanın qələbəsini daha da möhkəmləndirir. Bir neçə il öncə Xankəndi terrorçuların məskəninə çevrilmişdi. Xunta rejimi buranı öz paytaxtı elan etmişdi. Bu gün isə biz Xankəndinin bərpa olunduğunu görə bilirik”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600