13 nəfəri ildırım vurdu

Hindistanda ildırım 13 nəfəri vuraraq öldürüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində qeydə alınıb.

Hadisə nəticəsində daha 25 nəfər xəsarət alıb. Onların da arasında bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Zərərçəkənlərin əksəriyyəti tarlada işləyən zaman ildırım çaxıb.