Hindistanın Ermənistan SEVDASI: Bakı və Ankara üçün TƏHLÜKƏ VARMI?

media-hightechnic-468x90

“Hindistan regionumuzdan çox uzaqda yerləşir və onun satdığı silahlar Azərbaycan və Türkiyəni narahat edə bilməz”.

Bu fikri Hindistanın Ermənistana daha çox silah satacağı yönündəki iddiaları Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Hindistanın bu düşüncədə olmasının səbəbi Pakistanla Azərbaycan arasındakı münasibətlərdir:

“Hindistanla Pakistan arasında toqquşmalar baş verdi. Azərbaycan təbii ki, öz strateji müttəfiqinə dəstək verməli idi. Azərbaycan Pakistandan “JF-17” hərbi təyyarələri aldı. Hindistan isə Ermənistana haubitsalar satır. Təbii ki, Hindistan Azərbaycan və Türkiyənin Pakistanla münasibətlərini həzm etmir, edə də bilməz”.

Hərbi ekspert xatırladıb ki, Hindistan mediasında Dehli hökumətinin Azərbaycan və Türkiyəni cəzalandırmaq üçün Ermənistana daha çox silah satacağı ilə bağlı məlumat yayılmışdı:

“Hindistanın Ermənistanı silahlandırması Azərbaycan və Türkiyəni cəzalandıra bilməz. Nəzərə almaq lazımdır ki, Hindistan regionumuzdan çox uzaqda yerləşir və onun satdığı silahlar Azərbaycan və Türkiyəni narahat edə bilməz. Hesab edək ki, müharibə oldu. Müharibənin taleyini haubitsalar həll etmir. Hindistan gəlib Ermənistan üçün də burada döyüşə bilməz, döyüşməyəcək. Hindistan tərəfinin bu fikirləri başa düşüləndir, ancaq onun bu regiona heç bir təsir gücü yoxdur”.

Səxavət Məmməd

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600