Modinin MƏĞLUBİYYƏTİ: Hindistan Çin-Pakistan-Türkiyə silahları qarşısında ACİZ QALDI
“Çin-Pakistan-Türkiyə silahı ABŞ-İsrail-Fransa-Rusiya silahına qalib gəldi”.
Bu fikri Hindistan-Pakistan toqquşmasında sonra rəsmi Dehlinin yenidən əməliyyatlar keçirəcəyi yönündə bəyanatlar verməsi və bunun olub-olmama ehtimalını Yenicag.az-a dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.
O, bildirib ki, Hindistanın verdiyi bəyanatlar sözdən o yana keçməyəcək:
“Hindistan Pakistan ayrılandan sonra bu iki ölkə arasında münaqişələr var. Dövlətlər arasında ərazi münaqişəsi olaraq Kəşmirdir. Bundan əlavə, iki ölkə arasında ən böyük problem həm də din məsələsidir. Sonuncu terror aktında 26 hindu ölüb və Hindistan tərəfi bunu əsas götürüb Pakistana qarşı hərbi əməliyyatlar keçirdi. Hindular həm xristianları, həm də müsəlmanları öldürür, ancaq bu nə Hindistan, nə də dünya mətbuatında yayılmır. Lakin bu kimi xarakterli terror aktları bundan qaynaqlanır. Bu vaxt isə həm Hindistan, həm də dünya mətbuatı bunu işılqlandırır”.
Onun sözlərinə görə, bu gün hakimiyyətdəki Hindistanın Baş naziri Narendra Modi yuxarı kastanın nümayəndəsi deyil:
“O millətçilik xətti ilə özünə şöhrət qazanıb. Modiyə arxa duran qüvvələr və özünün ambisiyası Pakistana qulaqburması vermək niyyətinə gətirib çıxardı. O düşünür ki, əhali baxımından ən böyük ölkədir, bundan əlavə, iqtisadiyyatı dünyada üçüncüdür. O bundan həvəslənərək Pakistanı cəzalandırmaq niyyətinə düşdü. Görünən bu oldu ki, Pakistanın hərbi maşını daha hazırlıqlı oldu. Əsas isə müasir hibrid və elektron müharibəyə daha hazır idi. İlk anda Pakistan Hindistanın ağır şəkildə cavabını verdi”.
T. Eyvazova görə, daha sonra məlum oldu ki, Hindistan yenidən Pakistana zərbələr endirə bilər:
“Pakistan kəşfiyyatı Baş nazir Şahbaz Şərifə məruzə edir ki, Hindistan Pakistana zərbə endirmək üçün hazırlaşır, qabaqlayıcı zərbələr endirilməlidir. Pakistan Baş naziri isə buna razılıq verib və dərhal Hindistan tərəfinə raket zərbələri endirdi. Beləcə, Hindistanın vuracağı zərbələrin qarşısı alınmış oldu. Hindistanın Baş naziri Narendra Modi yenidən bəyanat verib ki, Pakistanı cəzalandıra bilərlər”.
Həmsöhbətimiz Modinin yenidən əməliyyatlara əl atacağını düşünmür:
“Bu cür ciddi məğlubiyyətdən sonra onun imici çox ciddi şəkildə sarsılıb. O ABŞ və İsraildən dəstək alırdı. Rusiya isə özünü tərəfsiz kimi göstərməyə çalışırdı. “Çin-Pakistan-Türkiyə silahı ABŞ-İsrail-Fransa-Rusiya silahına qalib gəldi. Baxmayaraq ki, Hindistan hərbi təyyarələrin, raketlərin, ordunun sayına görə Pakistandan üstündür. Ancaq mobillik, peşəkarlıq, müasir texnologiyalardan istifadə Pakistanda daha güclü idi. Əminəm ki, Hindistanın arxasında duran qüvvələr də geri çəkilməyə məcbur oldu. Hətta bundan sonra yenə Hindistanı bu işə sövq etsələr, Hindistan buna getməyəcək. Yoxsa növbəti uğursuzluq Modinin hakimiyyətinin bitməsi ilə başa çata bilər”.
Səxavət Məmməd