13 yaşlı şagirdinə qarşı istismarda təqsirli bilinən cüdo məşqçisinə 15 il həbs!

media-hightechnic-468x90

Cüdo məşqçisi 13 yaşlı şagirdə qarşı istismara görə 15 il həbs edildi.

media-banner_tuq

Yenicag.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Kocaeli və Sivas şəhərlərində keçirilən yarışlara apardığı 13 yaşlı şagirdə qarşı cinsi istismarda ittiham olunan cüdo məşqçisi F.A. (46) 15 il azadlıqdan məhrum edilib.

Məhkəmə müəyyən edib ki, məşqçi 2023-cü ildə əvvəlcə Sivasda oteldə, daha sonra isə Kocaelidə şagirdə qarşı cinsi xarakterli hərəkətlər edib.

Təqsirləndirilən şəxs ittihamları qəbul etməyib və bəraət istəyib.

Onun vəkili bildirib ki, F.A. digər üç oxşar iş üzrə bəraət alıb. Buna baxmayaraq, məhkəmə “yetkinlik yaşına çatmayanın cinsi istismarı” maddəsi ilə təqsiri sübuta yetirilmiş hesab edərək 15 il həbs cəzası təyin edib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05