Afrikada xroniki aclıqdan əziyyət çəkənlər rekord həddə çatdı

media-hightechnic-468x90

Afrikada xroniki aclıq problemi daha da dərinləşərək rekord həddə çatıb. BMT-nin aidiyyəti qurumlarının birgə hazırladığı son hesabata əsasən, qitədə xroniki aclıqdan əziyyət çəkən insanların sayı ilk dəfə Asiyanı geridə qoyaraq 309,2 milyona yüksəlib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 2025-ci ildə dünya üzrə xroniki aclıq yaşayan insanların ümumi sayı 644,6 milyona qədər azalsa da, Afrikada əhalinin sürətli artımı səbəbindən bu göstərici 307,3 milyondan 309,2 milyona yüksəlib.

Sənəddə vurğulanır ki, hazırda dünyada xroniki aclıqdan əziyyət çəkən insanların təxminən 48 faizi Afrikanın payına düşür.

Ekspertlərin proqnozuna görə, mövcud vəziyyət dəyişməz qalarsa, 2030-cu ildə dünyada aclıq yaşayan 510–520 milyon insanın təxminən 56 faizi məhz Afrikada olacaq.

Hesabat müəllifləri bu vəziyyətin əsas səbəbləri kimi silahlı münaqişələri, iqlim dəyişikliyinin təsirlərini, iqtisadi çətinlikləri və ərzaq məhsullarının yüksək qiymətlərini göstərirlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05