14 dərəcə isti olacaq

media-hightechnic-468x90

Qeyri sabit hava 290612 (1)Bu gün axşam qərb rayonlarında, sabah isə bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir

Dekabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 10-da axşam qərb rayonlarında, 11-də isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600