!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"14 günlük əlavə dərs şagirdlərə işgəncə verməkdir" - Təhsil eksperti

!Reklam – Yazi

“Təhsil nazirliyinin tədris həftəsini 31 həftədən 34 həftəyə qaldırmasında məqsəd o idi ki, tədris proqramı tam şəkildə həyata keçirilsin. Ancaq bu düzgün yanaşma deyildi. Dərs vaxtını artırmaqla buna nail ola bilmədilər, bu zatən mümkün deyildi”.

Bu sözləri Yenicag.az-a iyun ayının ortasına qədər davam edən dərslərin keçirilməsinə vaildeyinlərin şikayəti, şagirdlərin anomal istidən səhhətlərində problemlərin yaranması və məktəblərin şəraitsizliyini şərh edən təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov bildirib ki, təhsil psixoloji amil olduğu üçün, təhsil alanların psixoloji vəziyyəti nəzərə alınmalıdır:

“Biz 15 günü konpensasiya etmək üçün, dərsləri sentiyabrın 1-dən başlayıb, mayın sonunda bitirməklə bu problemi həll edə bilərik. Hal-hazırda iyun ayının 14-nə qədər tədrisin aparılması dərslərin keyfiyyətinə heç bir faydası yoxdur. Azərbaycanda 4471 məktəbin infarsturukturu buna imkan vermir ki, şagirdlər isti aylarda tədris prosesində aktiv iştirak etsinlər. Eyni zamanda Azərbaycanın iqlimi elədir ki, mütləq şəkildə insanlar iyun ayından istirahətə gedirlər, dəniz, bağ mövsümü başlayır. Bu kütləvi haldır. Ümumiyyətlə, may ayının sonundan etibarən məktəblərdə dərsliklər yığılır. Müəllimlərin özlərinin belə fiziki vəziyyətləri imkan vermir ki, dərs prosesində keyfiyətli tədris qursunlar”.

Təhsil eksperti onu da qeyd edib ki, iyun ayının 14-nə qədər dərs prosesinin davam etməsi dövlətin iqtisadiyyatına da zərər verir:

“Hazırda dərs keçilmir. Bu dəqiqə orta məktəblərə getsək, görəcəyik ki, davamiyyət tamamilə aşağı səviyyədədir. Şagirdlər dərs prosesində iştirak etmirlər. Bu, şagirdlərə əlavə işgəncə verməkdən başqa bir şey deyil. Ümid edirəm ki, yeni tədris ilindən etibarən 14 günlük əlavə dərs aradan qaldırılacaq. Regionlarda məktəblərlə ev arasında məsafə kifayət qədər çoxdur. Şagirdlər evə qayıdan zaman günvurma halları da tez-tez baş verir. Bütün hallarda istidə məktrəbə gedib-gəlmək fiziki baxımdan ciddi problem yaradır”.

Qeyd edək ki, bu gün bir neçə valideyin sosial şəbəkədə övladlarının məktəbdə istidən hallarının dəyişməsini, ürəkbulanması, baş ağrısı və ürəkgetmə hallarının olmasını yazaraq, iyun ayının ortasına qədər dərslərin keçirilməsinə etirazlarını bildiriblər.

Səxavət Məmməd

www.yenicag.az

2830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv