14 günlük körpəsiylə özünü körpüdən atdı

media-hightechnic-468x90

14-gunluk-bebegiyle-kopruden-atladi-4845919YENİCAG.AZ xəbər verir ki, Taylandda dəhşətli hadisə baş verib. Beləki, Taylandın Pathum Thani şəhərində bir qadın hələ 14 günlük körpəsiylə birlikdə körpüdən atlayıb.

Thanyaburi polis bölməsinin yaydığı xəbərə görə, Səhər saatlarında bir ailənin mübahisə etdikləri məlumatı daxil olub. Hadisə yerinə gələn polislər, gənc qadının və yanındakı başqa bir gəncin ağladığını , ətraflarına isə xeyli insan toplaşdığını görüblər. Şahidlərin ifadəsinə görə, 23 yaşlı Rungtiva Yingsawad adlı qadın əri ilə mübahisə etdikdən sonra yeni doğulmuş oğlu qucağında ikən körpüyə çıxıb. Qısa bir müddət sonra da körpəsi ilə suya atlayaraq gözdən itib.

Ətrafdakı kəndlilər dərhal köməyə qaçaraq qadını xilas edə biliblər. Lakin körpə kanal sularına qərq olub. 14 günlük körpənin cansız bədəni təxminən bir saat sonra tapılıb. 31 yaşlı ata körpəsinin cansız bədənini sudan çıxarıb, onu möhkəm qucaqlayaraq ağlayıb. Ana Yingsawad da, ölən oğlu üçün gözyaşı töküb.

Polisin verdiyi məlumata görə, cütlük evdə bir-birlərinə mübahisə etdikdən sonra gənc ana körpəsi ilə evi tərk edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600