!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

15 iyul dastanı: Millət Türkiyəsinə sahib çıxdı

!Reklam – Yazi

Bakı Yunus Emre İnstitutu və Vətən İctimai Birliyinin təşkilatçılığı ilə 15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı şəhid olmuş insanları anmaq məqsədilə “15 İyul Dastanı” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, anım mərasimi Azərbaycan və Türkiyə himnləri və şəhidlərin xatirəsinə birdəqiqəlik sükutla başladı. Daha sonra şəhidlərin ruhuna Qurani-Kərim oxundu.

Açılış nitqi səsləndirən Bakı Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım, 15 iyul gecəsinin Türkiyə tarixində qoyduğu izə və Axıska türkləri ilə birgə təşkil edilən bu tədbirin əhəmiyyətindən danışdı:

“Bir il əvvəl Türkiyə Cümhuriyyətinin istiqlalına, müstəqilliyinə, liderinə qarşı bir sui-qəsd cəhdi edildi. Türkiyə xalqını və dövlətini Vətənsiz qoymaq istədilər. Həqiqətən, bəlkə də bu çevriliş cəhdi böyük bir layihənin sadəcə, başlanğıcı idi. Arxasında isə bir xaos və bu xaos içində parçalanmış, gücünü itirmiş bir Türkiyə olacaqdı. Ancaq bizim uzaqgörən xalqımız bu oyuna qarşı münasibətini ciddi şəkildə ortaya qoydu, Türkiyəyə sahib çıxdı və bütün dünya tərəfindən təqdir edildi. Dostlarımız da bu fikirdədirlər, amma bizi sevməyən insanlar bu nailiyyəti, fədakarlığı görməməzliyə vururlar. Həqiqətən bu hadisələr demokratiya tarixində, ölkəmizin tarixində və bəlkə də dünya tarixində bənzəri çox az rast gəlinən bir qəhrəmanlıq nümunəsi idi. Biz orada 250-yə yaxın vətən övladının şəhid, 1000-dən çoxunun isə qazi olduğuna şahidlik etdik.

Bu proseslər zamanı Axıska türklərinin dəstəyini hər zaman hiss etdik. Əslində, Axıska sözünü türk kəlməsinin başına qoymaq bir adət halını alıb, ancaq biz qardaşıq. Bu adlandırma sadəcə, coğrafi məna daşıyır.

Axıska türkləri 72 ildən bəri vətən uğrunda mübarizə aparan bir topludur. Mən Qazaxıstanda da, Özbəkistanda da, Qırğızıstanda da Axıska türklərinin mübarizəsinə şahid olmuşam. Yaxşı hadisələr də baş verir, Türkiyə dövləti də bu istiqamətdə əlindən gələni əsirgəmir.

Şəhidlərimizi andığımız və qazilərimizi yad etdiyimiz bu xüsusi gündə bizi tək qoymayan dostlarımıza minnətdaram. İnanıram ki, Türkiyə artıq bir daha belə təhlükə ilə üz-üzə qalmayacaq; inanıram ki, Türkiyə dünyada mədəniyyət, istisadiyyat, siyasət və digər sahələrdə qazandığı gücünü heç vaxt itirməyəcək. Biz birlik içində eyni ruh, eyni inanc və eyni hədəf çərçivəsində gələcəyə doğru addımlayacağıq. Yenə də şəhidlərimizin ruhunu hörmət və rəhmətlə anıram. Allah bizə bir də belə günlər yaşatmasın.”

Daha sonra Türkiyə Respublikası Bakı səfirliyinin media müşaviri Hamit Karadeniz çıxış edərək, bir daha bu cür hadisələrin baş verməməsini diləyib. Media müşaviri FETÖ-PKK\PYD əlaqələri ilə bağlı xüsusi məqama da diqqət çəkib. Həmçinin Karadeniz, bir neçə gün əvvəl Azərbaycanın Alxanlı kəndində ermənilər tərəfindən öldürülən Zəhranı və nənəsinin ölümünü də xatırladıb və qeyd edib ki, ermənilər və çevrilişə cəhd edənlər arasında fərq yoxdur.

Hamit Karadenizin çıxışının tam mətnini bu linkdən oxuya bilərsiniz: Axıska Türkləri “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov da türk millətinin vətəni, bayrağı və dəyərləri üçün edə bilməyəcəyi fədakarlığın olmadığını vurğulayıb:

“Bu tədbir Türkiyədəki şəhidlərimizin anılması məqsədi ilə təşkil edilib. Bu gözəl və rifah içərisindəki Türkiyə asanlıqla qurulmayıb. Türkiyə Cümhuriyyəti Çanaqqala savaşında, Sakaryada, Dumlupınarda minlərlə şəhid verib. Bu çevriliş cəhdinə illərlə Türkiyənin çörəyini yemiş, suyunu içmiş xain və vicdansız FETÖ lideri başçılıq edib. Türkiyənin inkişafını gözü götürməyən FETÖ-çular 15 iyulda belə bir xainliyə əl atdılar. Ancaq türk milləti küçələrə axışaraq, qanları bahasına terrora “dur” deyib, dastan yazdılar. Türk millətinin gücünü, Türkiyə xalqının prezidentinə olan sevgisini bütün dünya gördü. Türk millətinin qanı ilə suladığı Vətən torpaqlarının bir qarışını belə düşmənə vermədi.”

Yenicag.az

Foto: Cəmalə Əlizadə

COP29

www.yenicag.az

1344
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv