15 yaşlı baldızını qaçıran şəxs həbs edildi

media-hightechnic-468x90

Ötən il sentyabrın 23-də Cəlilabad rayonunun Məmmədrzalı kəndində yaşayan 15 yaşlı Aynurə Nağıyevanı qaçırmaqda təqsirləndirilən rayonun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdər Əli oğlu həbs edilib.

Bu barədə Trend-ə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlanılaraq istintaqa cəlb edilib. Ə.Məmmədov barəsində Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Şöbədən bildiriblər ki, azyaşlı qız tapılandan sonra izahatında bacısının həyat yoldaşı Ə.Məmmədov tərəfindən qaçırılaraq Bakının Nərimanov rayonu ərazisində qaldığını bildirmişdi. Azyaşlının ifadəsindən sonra Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə cinayət işi başlanılıb və təqsirləndirilən Ə.Məmmədov barəsində axtarış elan edilmişdi.

Qeyd edək ki, A.Nağıyeva 2016-cı il sentyabrın 23-də itkin düşmüşdü. Araşdırmalar zamanı onun bacısının həyat yoldaşı, Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Nərimanov rayon ərazisinə qaçdığı məlum olmuşdu.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600