Dəhşətli ailə faciəsi: Ata həyat yoldaşını və altı övladını qətlə yetirib evi yandırdı

media-hightechnic-468x90

ABŞ-da dəhşətli ailə faciəsi yaşanıb: 47 yaşlı kişi həyat yoldaşını və altı övladını qətlə yetirdikdən sonra evi yandırıb, ardınca isə intihar edib.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Miçiqan ştatının Qrand-Heyven şəhərində baş verən hadisə zamanı 47 yaşlı Kristopher Karolkiewicz 39 yaşlı həyat yoldaşı Amanda Karolkiewicz və yaşı 5 ilə 15 arasında dəyişən altı uşağını güllələyərək öldürüb. Daha sonra isə yaşadıqları evi od vuraraq yandırıb və intihar edib.

Ottawa Şerifliyindən kapitan Jake Sparks keçirdiyi mətbuat konfransında ilk xəbərdarlığın cümə günü qonşuların evdən yüksələn alovları görməsi nəticəsində edildiyini bildirib. Hadisə yerinə gələn polis və yanğınsöndürənlər evin müxtəlif otaqlarında 8 nəfərin cansız bədənini aşkar ediblər.

Aparılan ekspertiza nəticəsində ailə üzvlərinin hamısının odlu silahla vurularaq öldürüldüyü məlum olub. İlkin araşdırmalara görə, yanğının cinayətlərdən sonra evin daxilində birdən çox nöqtədə qəsdən törədildiyi müəyyənləşdirilib.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05