Netanyahu Trampla görüş üçün Ağ Evə gəldi
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla planlaşdırılan görüşdən əvvəl Ağ Evə gəlib.
Yenicag.az-ın məlumatına görə, bu, Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra Netanyahu ilə keçirəcəyi səkkizinci görüş olacaq.
Netanyahu iyulun 27-də ABŞ-a yola düşməzdən əvvəl bildirib ki, Trampla görüşdə gündəlikdəki bütün əsas məsələləri, ilk növbədə isə İranla bağlı vəziyyəti müzakirə etməyi planlaşdırır.













