Fransada meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən gənc həbs edildi
Fransada ciddi meşə yanğınlarına səbəb olan bir neçə hadisəni törətməkdə şübhəli bilinən gənc saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.
Məlumata görə, müşahidə kameralarının qeydləri əsas sübut kimi götürülərək 23 yaşlı şəxsə rəsmi ittiham irəli sürülüb və o, həbsdə saxlanılıb.
İşin təfərrüatı ilə tanış olan mənbələrin məlumatına görə, o, iyulun 19-dan 24-dək Brinyol, Kabass və Ven-syur-Karami yaşayış məntəqələri ərazisində qəsdən yanğınlar törətməkdə şübhəli bilinir.
Qeyd edək ki, Fransa təqribən bir həftədir onminlərlə hektar ərazini külə döndərən və 200 mindən çox vətəndaşın təxliyə edilməsi ilə nəticələnən şiddətli meşə yanğınları ilə mübarizə aparır.













