Liderlərin bu pozu GÜNDƏM OLDU - FOTO
Cənubi Koreya Prezidenti Lee Jae-myung Cənubi Amerika turu çərçivəsində səfər etdiyi Braziliyanın paytaxtı Braziliyada dövlət başçısı Luiz Inacio Lula da Silva ilə görüşüb. Prezident Sarayında keçirilən zirvədə iki lider kritik minerallar, təchizat zəncirləri və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi kimi mühüm məsələləri müzakirə ediblər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Braziliya Prezidenti Luiz Inácio Lula da Silva ilə Cənubi Koreya Prezidenti Lee Jae-myungun görüşündəki səmimi anlar gündəm olub.

Paytaxt Braziliyada keçirilən zirvədə iqtisadiyyat, ticarət, kritik minerallar və təchizat zəncirləri müzakirə olunub, həmçinin aviasiya və kosmos sahələri daxil olmaqla yeddi Anlaşma Memorandumu imzalanıb.
Lakin rəsmi təmaslardan sonra hər iki liderin Cənubi Koreyanın simvolu olan “barmaq ürək” jestini etməsi sosial medianın əsas müzakirə mövzusuna çevrilib və zirvənin ən çox danışılan kadrı olub.
Ayşən













