Səbail rayonunda daha bir yol nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Səbail rayonu, “20-ci sahə” adlanan ərazidə qeydə alınıb.
“Mercedes” markalı avtomobil yolu keçmək istəyən 15 yaşlı Əhmədzadə Mədinə Samir qızını vurub. Hadisəni törətmiş avtomobilin sürücüsü xəsarət almış uşağı dərhal xəstəxanaya aparıb. Xəstəxanadan yaralının həyatı üçün təhlükə olmadığını bildiriblər.
Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.