Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“189” taksi şirkətinin elan etdiyi müsabiqə etiraza səbəb oldu

“189” taksi xidmətinin dizaynerlər üçün elan etdiyi müsabiqənin nəticəsi etirazlara səbəb olub.

Yenicag.az xəbər verir ki, sözügedən şirkət müsabiqənin əvvəlcədən elan olunan şərtlərinə əməl etməyərək iştirakçıları aldadıb.

Məsələ burasındadır ki,”Dizaynını bütün ölkə görsün” müsabiqəsi çərçivəsində qeyd edilən müddət ərzində yarışmaçılar tərəfindən göndərilən 5 dizayn nümunəsindən 3 ən yaxşısı münsiflər tərəfindən seçilməli və buna uyğun olaraq da qaliblər elan olunmalı idi. Şirkət qalib elan olunan şəxsə 500 manat mükafat söz versə də, vədinə əməl etməyib.

Səbəb isə çox gülməlidir. İş burasındadır ki, dizaynerlərin göndərdikləri bir-birindən rəngarəng nümunələrin heç biri münsiflər tərəfindən bəyənilməyib. Nəticədə 189 taksi şirkəti ən çox “like” (bəyəni) toplamış 3 iştirakçıya kompensasiya olaraq 50 manatlıq gediş kartı verib.

Məsələ ilə bağlı “189” taksi xidməti ilə əlaqə saxladıq. Şirkətin marketinq şöbəsinin rəhbəri Orxan Məmmədli saytımıza açıqlama verərək nümunələrin heç birinin münsiflər üçün uğurlu olmadığını qeyd edib:

“Bizə iştirakçılar tərəfindən 68 nümunə göndərilib. Bu, 68 iştirakçı demək deyil. Elə iştirakçı var ki, bir yox, bir neçə nümunə göndərib. Göndərilən nümunələrin heç biri bizim üçün uğurlu olmayıb. Bu səbəbdən də ən çox “like” yığan 3 iştirakçıya 50 manat dəyərində “Gediş kartı” hədiyyə etmişik. İştirakçı bunu qəbul edə və ya ondan imtina edə bilər”.

Emin Səfərov

www.yenicag.az

2201
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS