2 nəfər köməksiz vəziyyətdə qalıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Yenicag qafqazinfo-ya istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər mənzilin qapısını açaraq vətəndaşları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 20:40-da başa çatıb.