2 şəhid, 3 yaralı – Türkiyədən acı xəbər

Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.

Yenicag.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı Dağı bölgəsində, Doğubayazit ərazisində baş verib.

Silahlı toqquşma zamanı 2 əsgər şəhid olub, daha 3 əsgər yaralanıb. Əməliyyat zamanı 1 terrorçu zərərsizləşdirilib.

Bölgədə terorrçulara qarşı əməliyyat davam edir.