!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

2 yaşlı uşağı oğurlayan şəxs: "Atasından 3 min manata almışam"

!Reklam – Yazi

“Mənə qarşı irəli sürülən ittihamı qəbul etmirəm. 2 yaşlı Məhəmmədə görə onun atasına 3 min manat pul verərək almışam”.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradova deyib.

“Uşağı öz atasının razılığı ilə götürmüşəm. Onun uşaqlarına yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Mənim niyyətim həmin uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub”, – təqsirləndirilən şəxs bildirib.

İttihama görə, hadisə 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini G.Muradova 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevi oğurlayıb.

2022-ci ilin yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində M.Şıxəliyev tapılıb və G.Muradova həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan olunub.

Daha sonra 2 yaşlı uşağın atası da istintaqa cəlb edilib.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv