Aparıcıdan ATMACA: “Canlı oxuya bilmir, amma toylarda ən çox pulu ona verirlər”

media-hightechnic-468x90

“Mən onun canlı ifasını görəndən sonra anladım ki, hər kəs canlı oxuya bilməz”.

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyeva öz verilişində deyib.

Aparıcı, ad çəkmədən məşhur bir müğənninin canlı ifasından bəhs edib:

“Çox sevdiyim bir müğənni var idi, canlı efirlərdə az-az görüşürdük. Bəlkə də onda gənc idim. Növbəti efirlərimizin birində o müğənni qonağımız oldu. Mən onun canlı ifasını gördüm, heç 10 faiz oxuya bilmədi. Di gəl ki, Azərbaycan toylarında ən çox istənilən, sevilən və ən çox məbləğ verilən müğənnidir. Adını çəkməyəcəm, etik olmaz. Onun səhnədə duruşunu, özünəməxsusluğunu yenə də bəyənirəm. Amma canlı ifasını görəndən sonra anladım ki, hər kəs canlı oxuya bilməz.”

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600