2 yaşlı uşaq Eboladan öldü

media-hightechnic-468x90

62412Ebola virusu bu dafə Malidə ilk xəstənin canını aldı. Bununla da Mali Ebola virusunun yayıldığı altıcı Cənubi Afrika ölkəsi oldu.

Mali Səhiyyə Nazirliyi Ginenin paytaxtı Konakridən gələn 2 yaşlı xəstənin öldüyü barədə məlumat yayıb. Körpəyə Ebola diaqnozu 23 oktyabr tarixində qoyulmuşdu.

Körpənin ölümündən sonra xəstənin təmasda olduğu və onunla maraqlanan həkim briqadasının karantinə götürüldüyünü də açıqlayıb.

ÜST Eboladan ölənlərin sayının 4 min 922 olduğunu bildirib.

ÜST Afrika ölkəsi olan Malidə ölüm hadisəsindən sonra xəsatəliyin keçici olmasına qarşı diqqətli olmaq barədə xəbərdarlıq edib.

Təşkilat uşağın səfəri zamanı virusu başqalarına keçirmə ehtimalının olmasına diqqət çəkib.

Anası ilə ölkəyə gələn körpənin bir neçə kənddən keçdiyini bildirən təşkilat, onların cənubda yerləşən Kayesə gəlməzdən əvvəl paytaxt Bamakoda 2 saat qalmasının qeydə alındığını söyləyib. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600