“20 Yanvarda bəşəriyyətə qarşı cinayət törədilib” – Erkan Özoral

“Keçmişdən ibrət götürərək, düşmənlərimizin qarşısında hər zaman güclü olmalıyıq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Şəhidlər Xiyabanını ziyarəti zamanı jurnalistlərlə söhbətində deyib.

Özoral 20 Yanvar şəhidlərinin öz canlarını qurban verərək, Azərbaycanın istiqlal yolunu açdıqlarını vurğulayıb:
“Təəssüf ki, 28 il əvvəl – 1990-cı il yanvarın 20-də Bakıda tarixin ən dəhşətli faciələrindən biri baş verib. 20 Yanvarda bəşəriyyətə qarşı cinayət törədilib. O tarixdən etibarən, 20 Yanvar tarixə qara gün kimi düşüb. Bu, böyük faciədir və onun ağrı-acısını hər zaman qəlbimizdə yaşayırıq.

20 Yanvar şəhidləri öz inam və əqidələri uğrunda canlarından keçərək, Azərbaycanın istiqlal yolunu açdılar. Əsas borcumuz, vəzifəmiz onların xatirəsini daim uca tutmaq, həmin faciənin bir daha təkrar olunmamasına çalışmaqdır. Ancaq bu faciə bizim durumumuza təsir göstərməməlidir, düşmənlərimiz qarşısında hər zaman güclü olmayılıq”.