Paşinyanın Azərbaycanla ticarət ARZUSU: "Ermənistan kənd təsərrüfatı məhsulları..."

media-hightechnic-468x90

“Ermənistanla mümkün ticarət münasibətlərinin gələcəyi bir sıra iqtisadi amillərdən, məhsulların alış qiyməti, keyfiyyət göstəriciləri, bazar tələbatı və logistika xərclərindən asılı olacaq”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla ikitərəfli ticarətin yaxın gələcəkdə başlayacağına dair bəyanatına münasibət bildirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.media-xalid-kerimli-bu-naxcivan-ucun-cox-ugurlu-modeldir-1735038010İqtisadçı qeyd edib ki, Ermənistanın Azərbaycana potensial ixrac imkanları müzakirə edilərkən, ilk növbədə, həmin ölkənin ümumi ixrac strukturuna nəzər salmaq lazımdır:

“Ermənistan ixracının əsas hissəsini, təxminən 60–65 faizini qiymətli və yarımqiymətli daşlar, eləcə də qızıl, gümüş və digər faydalı qazıntılar təşkil edir. Bu məhsullar, əsasən, mədən sənayesinə əsaslanır və Ermənistan ixracının aparıcı istiqaməti hesab olunur.

Lakin qeyd olunan məhsul qruplarının Azərbaycan bazarı üçün nə dərəcədə uyğun və məqsədəuyğun olması ayrıca qiymətləndirilməlidir. Mövcud iqtisadi struktur və daxili istehsal imkanları nəzərə alındıqda qiymətli metallar və oxşar xammal məhsullarının idxalı Azərbaycanın real ehtiyaclarına tam uyğun gəlmir.

Ermənistanın ixrac səbətinə həmçinin elektrik avadanlıqları, müxtəlif sənaye məhsulları və dəmir filizi də daxildir. Bununla belə dəmir filizi kimi xammal məhsullarının Azərbaycana idxalının ciddi iqtisadi üstünlük yaradacağı ehtimalı yüksək qiymətləndirilmir. Yalnız bu xammalın yerli sənaye müəssisələrində emalı iqtisadi baxımdan səmərəli olacağı təqdirdə belə bir əməkdaşlıq nəzərdən keçirilə bilər.

Digər tərəfdən, Ermənistan kənd təsərrüfatı məhsulları, tütün məmulatları və spirtli içkilər də ixrac edir. Xüsusilə müxtəlif içkilər, o cümlədən konyak məhsulları Ermənistanın ənənəvi ixrac istiqamətləri sırasında yer alır. Məhz bu kateqoriyaya aid məhsulların Azərbaycan bazarının tələbatına daha uyğun ola biləcəyi ehtimal edilir.

Ermənistanla mümkün ticarət münasibətlərinin gələcəyi bir sıra iqtisadi amillərdən, məhsulların alış qiyməti, keyfiyyət göstəriciləri, bazar tələbatı və logistika xərclərindən asılı olacaq. Bu məsələlərin hərtərəfli təhlilindən sonra idxalın iqtisadi səmərəliliyi barədə yekun qərar vermək mümkün olacaq”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa