Gədəbəy rayonunda 17 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirən 20 yaşlı qız saxlanılıb.
Rayonun Slavyanka kənd sakini, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva qardaşı 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinərək Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, S.Alıyevanın valideynləri hadisənin ehtiyyatsızlıqdan baş verdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
09:02
Gədəbəydə 17 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlabaraq ölüb. Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirib. Belə ki, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib.
Hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır./Report/
www.yenicag.az