2019-cu ildə şəkli çəkilən ilk qara dəlikdə güclü partlayış olub.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Yerdən 55 milyon işıq ili uzaqlıqdakı “M87*” qalaktikasındakı qara dəlikdə şəkli çəkilən il böyük partlayışın baş verdiyi ortaya çıxıb.
Araşdırmaçılar qara dəlikdə bu günə qədər belə böyüklükdə partlayışın olmadığını bildiriblər.
Alimlər müşahidə edilən bu partlayışla, ümumilikdə, qara dəliklərdə enerji yığılıb-boşalmasının necə baş verdiyini aydınlaşdıracaqlarına ümid edirlər.
www.yenicag.az