!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

2019 Formula 1 biletlərinin qiyməti açıqlandı

!Reklam – Yazi

2019-cu ildə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin qiyməti açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, ilkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 manat təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 manat aralığındadır.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bildirib ki, Formula 1 turnirini izləmək üçün ötən yarışda Azərbaycana 78 ölkədən qonaqlar gəlib:

“Azərbaycanda F1 yarışları həmişə olduğu kimi, çox böyük coşqu və uğurlu keçir. Ötən yarışı izləyənlərin 35 faizi xarici, 65 faizi isə yerli sakin olub. Qarşıdakı yarışda isə xarici azarkeşlərin sayında artıma nail olmaq niyyətindəyik. Bu göstəricini 40-45 faizə çatdırmaq istəyirik”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 2019-cu il 26-28 aprel tarixlərində baş tutacaq./Trend/

www.yenicag.az

1754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv