!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

2025-ci ilin ilk avtoqolunun müəllifi “Şamaxı”nın futbolçusu oldu

!Reklam – Yazi

2025-ci ilin ilk avtoqolunun müəllifi “Şamaxı”nın futbolçusu Cəlal Hüseynov olub.

Yenicag.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının XIX turunun “Qarabağ”la səfər oyununda (2:3) öz qapısına qol vurub.

Bununla da Cəlal Azərbaycan çempionatlarının 33 illik tarixində yeni antirekord müəllifi olub. O, eyni komandanın heyətində eyni rəqiblə iki fərqli mövsümdə avtoqol edən ilk futbolçudur.

Hüseynov 2022/2023 mövsümündə – 2022-ci il oktyabrın 30-da “Şamaxı” – “Qarabağ” görüşündə (0:4) də avtoqol edib.

O, eyni komandaların iki fərqli oyununda öz qapısına qol vuran ümumilikdə 3-cü futbolçudur. Amma digər iki oyunçu bu uğursuzluğu eyni mövsümdə yaşayıb. Jairo Rodriges “Neftçi”nin “Qarabağ”la 2016/2017, Murad Xaçayev “Sumqayıt”ın “Sabah”la 2023/2024 mövsümündəki iki görüşündə qapıları “səhv salıb”.

www.yenicag.az

79
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv