Sadio Mane Seneqal millisində karyerasını başa vurdu

media-hightechnic-468x90

Dünyaca məşhur hücumçu Sadio Mane Seneqal millisində karyerasını başa vurub.

media-banner_tuq

Yenicag.Az xəbər verir ki, bu barədə məlumatı Seneqalın “Le Quotidien” portalı yayıb.

“Bu bayraq uğrunda hər şeyimi fəda etmişəm. Bütün gücümü sərf edərək, ölkəmiz üçün həmişə əzmlə mübarizə aparmışam”, – deyə Mane bildirib.

Qeyd edək ki, 34 yaşlı forvard Seneqal yığmasının heyətində 130 oyuna çıxaraq 54 qola imza atıb və yığmanın tarixində ən sərrast oyunçu olub. O, millinin heyətində Afrika Millətlər Kubokunun (2021) qalibi olmaqla yanaşı, 2019 və 2026-cı illərdə turnirin gümüş medalını qazanıb.

2023-cü ildən Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun şərəfini qoruyan Mane 2026-cı ildə ölkə çempionu adını qazanıb. Bundan əvvəl seneqallı futbolçu Fransanın “Mets”, Avstriyanın “Zalsburq”, İngiltərənin “Sauthempton” və “Liverpul”, eləcə də Almaniyanın “Bavariya” klublarında çıxış edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05