21 yaşlı gənc tanışını ÖLDÜRDÜ

media-hightechnic-468x90

İyun 15-i saat 23 radələrində 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Şabran Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05