Bakının bu ərazilərində tıxac var - SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
9. Babək prospekti, mərkəz istiqamətində;
10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
12. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.













