24 yaşlı qız intihar etdi – Azərbaycanda

Şəkidə 24 yaşlı qız özünü asıb.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini 1995-ci il təvəllüdlü M.Həsənova özünü asaraq intihar edib.

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin Şəki rayon şöbəsinə aparılıb.