Türkiyəyə gəlin köçən azərbaycanlı aparıcı BOŞANIR? – ÖZÜ AÇIQLADI
“Siz haradan bilirsiniz ki, həyat yoldaşım burada deyil”.
Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyədə ailə quraraq qardaş ölkədə yaşayan aparıcı Gülnarə Məmmədova “Xəbərin var?” verilişində deyib.
O, boşandığı üçün Azərbaycana gəlməsi barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib. Yaxın zamanlarda ailəlikcə Azərbaycana köçəcəklərini də açıqlayıb:
“Siz haradan bilirsiniz ki, həyat yoldaşım burada deyil. Yaxud da vətəninə gəlmək istəyən insan mütləq boşanmalıdırmı? Boşanmamışam. Vallah da, billah da boşanmamışam. Olsa, açıqlayaram, burada saxlanacaq bir şey yoxdur. Həyat yoldaşımın işi oradadır, ticarətlə məşğul olur, Azərbaycana da gəlib-gedir, amma burada yaşamaq, Azərbaycana köçmək istəyirik. Uşağımı burada böyütmək istəyirəm. Həyat yoldaşım Azərbaycan dilini mükəmməl bilir, mən onu öyrətmişəm”.
Xatırladaq ki, G. Məmmədova ANS-də “Kamerton”, “Xonça” və digər verilişlərin aparıcısı olub.
Nehru