2500 manat rüşvəti geri ala bilməyib

media-hightechnic-468x90

78668Bakıda baş vermiş dələduzluq faktı ilə bağlı cinayət işi açılıb. Yenicag anspress-ə istinadən məlumat verir ki, bu barədə lent.az bu barədə hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Keçən il iyulun 2-də Şəmkir rayon sakini, Azərbaycan Pedoqoji Universitetinin tələbəsi, 1991-ci il təvəllüdlü Məmmədov Nahid Namaz oğlu dövlət imtahanından keçmək üçün Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vəliyev Vüqar Zülfi oğluna müraciət edib.

V.Vəliyev N.Məmmədovu dövlət imtahanından keçirəcəyinə söz verib və N.Məmmədovdan Bülbül prospekti 9 ünvanının qarşısında 2500 manat pul alıb. Lakin tələbə yenə də dövlət imtahanından keçə bilməyib. Üstəlik o, V.Vəliyevə verdiyi pulu geri ala bilməyib.

Bu günlərdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət daxil olub. Fakt üzrə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə iş başlanılıb.

Zəruri istintaq hərəkətləri həyata keçirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600