Reklam: High Technic
hightechnic

26-cı kluba transfer olundu - 41 yaşlı futbolçudan rekord

Reklam: High Technic

Uruqvay millisinin sabiq hücumçusu Sebastian Abreu özünə yeni komanda tapıb.

Yenicag.az xəbər verir ki, 41 yaşlı futbolçu Çilinin “Audakas İtalyano” klubuna transfer olunub.

Bu, təcrübəli forvardın karyerası ərzində 26-cı klubudur.

Abreu özünə yeni klub tapmaqla adını Ginessin Rekordlar Kitabına yazdırmağı bacarıb. O, almaniyalı qapıçı Luts Pfannenştilin rekordunu qırıb. 2011-ci ildə karyerasını başa vuran alman yeganə peşəkar futbolçu idi ki, FİFA-nın bütün konfederasiyalarında oynamışdı.

Abreu isə 11 ölkədə çıxış edib. Uruqvaylı həm də transfer keçidlərinə görə rekordçudur. O, 30 dəfə komanda dəyişib. Bir neçə dəfə əvvəllər oynadığı komandalara da qayıdıb.

Sebastianın karyerası ərzində formasını geyindiyi ən məşhur klublar “Real Sosyedad” və “Deportivo” olub. O, Uruqvay yığmasında 70 oyun keçirib, 26 qol vurub.

www.yenicag.az

2134