Sarı-Lacivərtlilər Livakoviçlə yollarını ayıra bilər

media-hightechnic-468x90

“Fenerbahçe” Livakoviçlə yollarını ayıra bilər

Yenicag.az xəbər verir ki, “Fanatik” nəşrinin məlumatına görə, Dominik Livakoviç yeni mövsümdə “Fenerbahçe”nin planlarına daxil deyil.

İddialara görə, Uğurcan Çakırla yaxından maraqlanan sarı-lacivərtlilər, Livakoviçlə yolları ayıra bilər. İspaniyanın “Sevilla” və Fransanın “Monaco” klublarının 30 yaşlı qolkiperlə maraqlandığı bildirilir.

İspaniya mətbuatında, xüsusilə “Fichajes” portalında yer alan xəbərə əsasən, Livakoviç üçün “Fenerbahçe”nin tələb etdiyi məbləğ 10 milyon avrodur.

Qeyd edək ki, Livakoviç 2023-cü ildə “Dinamo Zagreb”dən “Fenerbahçe”yə transfer olunub və klubla 2028-ci ilə qədər müqaviləsi var. O, bu müddət ərzində 72 oyuna çıxıb, 78 qol buraxıb və 26 matçda qapısını toxunulmaz saxlayıb.

Livakoviçin mümkün transferi yaxın günlərdə rəsmiləşə bilər.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600