260 milyon yaşı olan daş tapılıb-Video

media-hightechnic-468x90

1594799fdsdRusiyanın Qərbi Sibir bölgəsində, Kusbas vilayətində UNO (Uçan naməlum obyekt) formalı qədim daş tapılıb.

Yenicag.az aznews-a istinadən xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Alimlərin fikrincə, kömür mədənlərindən birindən tapılan daşın 260 milyon il yaşı var.
Bu faktı Kuzbas şəhər Diyarşünaslıq muzeyinin təbiət üzrə şöbə müdiri Natalya Demidenko təsdiq edib: “Daş Perm perioduna aid olan qatdan tapılıb. Daşın diski arqillit (daşlaşmış gil) materialındandır. Bu üzdən çox möhkəmdir”.
Qeyd edək ki, tapılan daşın çəkisi 200 kq, ölçüsü isə 80×85 sm-dir.
Bu yaxınlardan daşın tərkibinin ciddi yoxlanılacağı bildirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa