27 illik rektor Timuçinin xələfi kimdir?

media-hightechnic-468x90

hjhjhuAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, F.Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevi əvəz edib.

teTimuçun Əfəndiyev Baş nazirin müavini və Azərbaycanın görkəmli yazıçısı Elçin Əfəndiyevin qardaşı, İlyas Əfəndiyevin oğludur.

Yazıçılar Birliyinin üzvü olan 1945-ci il təvəllüdlü T.Əfəndiyev 1987-ci ildən, 27 il ADMİU-nə rektorluq edib.

Yeni rektor F.Əliyeva jurnalistikanın ağsaqallarından olan Şirməmməd Hüseynovun qızıdır.

***

Fərəh Şirməmməd qızı Əliyeva

Fərəh Şirməmməd qızı Əliyeva – Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq namizədi – 1961-ci ildə Bakı şəhərində anadan olub.

farakh_alieva1984-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb.

1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb. 1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya («Azərbaycan musiqisində üslub axtarışları», B., 1996), dərsliklər («Musiqi ədəbiyyatı», həmmüəllif A. Tağızadə, B., 1994; «Musiqi» həmmüəlliflər T. Babayeva, S. Qurbanəliyeva, B., 2001), onlarla elmi, elmi-populyar məqalələrin müəllifidir.

Tədqiqatçı kimi F. Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşmışdır. O, Ü. Hacıbəyov, A. Zeynallı, Q. Qarayev, F. Əmirov, A. Əlizadə, F. Qarayev, F. Əlizadə, R. Həsənova, S. Ələsgərov, C. Cahanqirov, T. Quliyev, R. Behbudov və s. bəstəkarlar, ifaçılar haqda məqalələrin müəllifidir. Hazırda F. Əliyeva Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanıdır. O, həm də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurasının «Musiqişünaslıq və incəsənət» bölməsinin üzvü və elmi katibidir.

Fərəh Əliyeva eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışırdı. 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600