Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb

media-hightechnic-468x90

Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 187 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 43 nəfər xilas edilib, 30 nəfər təxliyə olunub, 20 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 13 nəfərin meyiti təhvil verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa