İnsanların torpaq həsrətindən FAYDA UMANLAR: "Azad edilmiş ərazilərin balı fantastik qiymətədir" - VİDEO

media-hightechnic-468x90

“Azad edilmiş ərazilərin balı “fantastik qiymətə” satılır”.

Bunu  Yenicag.az-a  açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. media-bedreddin-hesretovO, Azərbaycanda arı ailələrinin sayında ciddi azalma qeydə alındığını bildirib:

“Ötən ilin yayından bu günə qədər arı ailələrinin sayında təxminən 40 faizlik azalma müşahidə olunur. Bu məsələ gələn il balın qiymətinə birbaşa təsir edə bilər. Lakin arı ailələrinin bərpasının qısa müddətdə mümkün olmasını da nəzərə almaq lazımdır.

Beş il əvvəl balın kiloqramı 20-25 manat idisə, hazırda 25-30 manat arasında dəyişir. Bundan yüksək rəqəmlər isə əsasən, mifləşdirilmiş qiymətlərdir. İşğaldan azad edilmiş ərazilərdə istehsal olunan balın qiymətini isə fantastik qiymətə qaldırıblar. Onların qiyməti insanların torpaq həsrəti ilə bağlıdır. Zaman-zaman o qiymətlər də stabilləşəcək”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa