Anar: "Həsən bəy Zərdabinin heykəli restoranın qapıçısı kimi görünür"
“Həsən bəy Zərdabinin heykəli restoranın qapıçısı kimi görünür”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Yazıçılar Birliyinin sədri Anar Rzayev Parlamentin təşkilatçılığı ilə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda deyib.
O, heykəlin köçürülməsi təklifi ilə çıxış edib:
“İçərişəhərdə Milli Ensiklopediyanın binası yerləşir. İndi binanın bir mərtəbəsini restoran ediblər. Binanın qarşısında Həsən Bəy Zərdabinin heykəli qoyulmuşdu. Çünki mətbuatımızın banisidir. İndi Zərdabi orada restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqoji Universitetin bağına köçürülsün. Heykəl köçürmək ənənəsi var. Natəvanın, Üzeyir bəyin heykəlləri Bakıdan Şuşaya köçürülüb. Bu, Zərdabənin ruhuna hörmət olar”./Oxu.Az/












