Vəfa LAĞA QOYDU: “Ora-buranı yığdır, get qabağa, sonra da...”
“Sənət qalıb qıraqda, “ora-buramı yığdırım, gedim qabağa” düşüncəsi ilə yaşayırlar”.
Bu sözləri plastik əməliyyatlarla bağlı sualı cavablandırarkən aktrisa Vəfa Zülfüqar Yenicag.az-a açıqlamasında deyib.
O, sənətlə yox, plastik əməliyyatlarla gündəmə gələn sənət adamlarından danışıb:
“Bu gün sənət dəbdə deyil, nə yolla olursa-olsun, populyarlıq qazanmaq dəbdədir. Sənət dediyimiz 2014-cü ildə bitdi artıq. O vaxtdan sənətin fatihəsi verildi.
İnsanlar hər zaman özlərində olmayan şeylərdən danışırlar. Sənət yoxdur, məcburdur, başqa şeylərlə populyar olsun, gündəmə gəlsin. Üzünü, dodağını şişirt, bədənşəkilləndirmə et, ora-buranı yığdır, get qabağa… Bu düşüncə ilə yaşayırlar.
Sənətə dəyər verən yoxdur. Məqsəd də bəllidir, özümü yığdırım, efirə çıxım, müştəri tapım. Xaricdən bir aktyor, aktrisa göstərin ki, plastik əməliyyatlarla ora-burasına əl gəzdirib, üz-gözünü şişirdib, tanınmaz hala salıb. Yoxdur eləsi… Bunu yalnız bizimkilər edir. Təbiilikdən çıxıb, əndazəni o qədər aşırlar ki, baxanda bilmirsən, kim, kimdir. Hamısı “inkubator” kimi bir-birinə bənzəyir. “Qısa yoldan pul qazanıb, qısa günün karıdır” düşüncəsi ilə yaşamaq istəyirlər”.
Cəvahir












