Nazir bu ixtisas üzrə qəbul ballarının artırılacağını açıqladı

media-hightechnic-468x90

“Müəllimlərlə bağlı serifikatlaşdırma prosesində təxminən 8 minə yaxın müəllimin fəaliyyətinə öz peşəsinə uyğun olmadığına görə xitam vermişik. Onlardan 5500-dən çoxu yuxarı sinif, 1000-dən çoxu isə ibtidai təhsil üzrə müəllimlərdir”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

“Dilin tədrisi ilə bağlı ayrı-ayrı yaş və öyrənmə xüsusiyyətlərini nəzərə almaqla, onların öyrənmə keyfiyyətlərini nəzərə alan tədqiqat yoxdur. “Hansı çalışmalarla uşaq daha çox öyrənir” sualı dərindən tədqiq olunmur”, – nazir bildirib.

Nazir qeyd edib ki, Azərbaycan dili və ədəbiyyat ixtisasına gələn müəllimlərin sayında artım müşahidə olunur: “Son illər 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib. Bizim də prioritetimiz müəllimlik ixtisasının balını qaldırıb savadlı kadrların yetişməsinə imkan yaratmaqdır”./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05