Tovuz rayon sakinini əqrəb sancıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndinin Avaztəpə yaşayış massivində baş verib. Orada yaşayan 1989-cu il təvəllüdlü Əhmədov Bəhruz Məzahir oğlunun həyətdə iş görən zaman əqrəb sancdığı bildirilir.
Ayağını əqrəb sancan B.Əhmədov dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.