Tovuzda 9 il əvvəl avtoqəzada ölən şəxsin yaxınları axtarılır - FOTO

media-hightechnic-468x90

Tovuzda 9 il əvvəl ölən piyadanın yaxınları axtarırılır.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, 19 noyabr 2012-ci ildə Bakı-Qazax avtomagistral yolunun 423-cü km-də avtomobil naməlum piyadanı vurmuş, piyada aldığı xəsarətdən Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüb.

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 48-52 arası, orta bədən quruluşlu, saçları qaradır. Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa