!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

3 əməliyyat keçirən tanınmış diktor KÖVRƏLDİ: Həkimlər deyir ki...

!Reklam – Yazi

Dalbadal ağır əməliyyatlar keçirən və bir müddət öncə səhhəti pisləşən xalq artisti, tanınmış diktor Sabir Ələsgərlinin səhhətində irəliləyiş var.

Məşhur diktor Yenicag.az-a açıqlamasında belə deyib:

“Alnımdakı şişlər çəkilib, yavaş-yavaş düzəlirəm. Amma tam sağalmamışam, dava-dərman qəbul edirəm, həkimlər deyir ki, iynə-dərmanı kəsmək olmaz. Amma dünəndən həyətə düşüb, yavaş-yavaş da olsa gəzirəm, yorğan-döşəkdən bezmişdim, gün işığına həsrət idim”.

S.Ələsgərli giley-güzarini da gizlətməyib:

“Sağ olsun, bu müddətdə keçmiş həmkarlarım məni tək qoymadılar. Ofeliya Sənani, Həqiqət Əsgərzadə, Tamilla Ələkbərova zəng edib, dəstək oldular. Televiziyanın rəhbərliyi bir dəfə də olsun mənə zəng edib, halımı soruşmadı, canları sağ olsun. Ömrümü ora həsr etdim, canımı verdim. Amma heç peşman olmadım. Çünki əvəzində sizlərin sevgisini qazandım”.

Diktor qohum-əqrəbasının da çətin günlərində ona dəstək olmasından danışıb:

“Dava-dərmanım çox pul apardı. Özüm çatdıra bilmədiyim üçün, qohumlarım yardım elədi. Məcburiyyətdən “yox” deyə bilmədim. Hamısına minnətdaram. Onlar olmasaydı, bəlkə də indi həyatda yox idim”.

Cəvahir Səlimqızı
Yenicag.az

www.yenicag.az

1624
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv