3 general işdən qovuldu

media-hightechnic-468x90

69927_res_01Rusiyanın hüquq-mühafizə orqanlarında üç generalın işdən qovulması ilə nəticələnən kadr islahatı aparılıb.

Rusiya ədliyyə nazirinin birinci müavini, həmçinin Rusiya DİN İqtisadi Təhlükəsizlik Baş İdarəsi rəisinin iki müavini vəzifələrindən azad ediliblər.

Ədliyyə nazirinin birinci müavini Aleksandr Smirnov Rusiya prezidenti Vladimir Putinin əmri ilə işdən azad olunub. Prezidentin oktyabrın 28-də imzaladığı həmin əmrinin mətni Kremlin rəsmi saytında dərc olunub. Əmr imzalandığı gündən qüvvəyə minib. Daxili xidmət general-mayoru olan A.Smirnov bu postda 2012-ci ilin iyunundan çalışırdı. Onun postu da boş qalmayıb. Sergey Gerasimov ədliyyə nazirinin I müavini təyin olunub.

V.Putin Rusiya DİN İqtisadi Təhlükəsizlik Baş İdarəsi rəisinin iki müavinini də işdən azad edib. Söhbət rəis müavini, polis genetal-mayoru Feliks Vasilkov və rəisin I müavini, polis general-mayoru Vitali Skvortsovdan gedir. Onların yerinə hələ yeni təyinat olmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600