!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

30 milyard dollar İTKİ - “Apple” şirkətində nə baş verir? 

!Reklam – Yazi

Ötən ildən bəri “Apple”şirkətinin satışlarında azalma müşahidə olunub. 2020-2021-ci il ilə müqayisədə şirkətin biznesində 5 faiz geriləmə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tim Kuk məlumat verib.

O bildirib ki, “Apple” hal-hazırda çətin dövrdən keçir. Biznes analitiklərinin və eləcə də T. Kukun fikrinə görə bu zəifləmə ilə bağlı bir neçə faktor rol oynayır.

İlkin olaraq, pandemiya dövründə insanların işdən çıxarılması, qiymətlərin artması “Apple” şirkətindən də yan keçməyib. Eyni zamanda, pandemiyadan sonrakı dövr, Ukrayna-Rusiya müharibəsi də iqtisadi vəziyyətə təsir səbəblərindən biridir.

Kuk onu da qeyd edib ki, bu azalmalar şirkətin reputasiyasına da zərər verir: “30 milyard dollara qədər itkimiz olub”.

Bundan əlavə, artıq “Iphone” telefonlarının Çin, Dubay və s. ölkələrdə saxtası ixrac olunduğu üçün, orta təbəqəli insanlar 3-4 min dollarından keçmək istəmir. Dünya əhalisinin çoxu “Xiaomi”, “Huawei” və “Honor” kimi münasib qiymətli firmalara üz tutur.

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv