20 noyabr 1991-ci ildə faciəsinin üzərindən 23 il keçir
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı. Azərbaycan ondan sonra bu xəbəri yaydı.
20 noyabr faciəsi nəticəsində Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da helikopterdə olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı”) cinayyət iş açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya “..ermənilər göstərib…” Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin “qara qutusu”nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydıki “qara qutu” “istidən” və yanğından”, “partlayışdan” (onun sozləridi)… sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki helikopter təmiri zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin hamını aldadırdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir.
Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə helikopteri müşaiyət etmirdi? Niyə onların hamısı bir helikopterdə idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.
Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.
Qarakənd faciəsini ASALA-mı törədib?
…1990-cı il aprelin 21-də İraqın “Yerusəlimin gücü” radikal islamçılarının Beyrutda özəyi yaradılır. 1990-cı il iyulun 9-da “ASALA” erməni terror təşkilatının Beyrut bürosu” Yerusəlimin gücü” təşkilatında fəaliyyət göstərən Bağdad erməniləri ilə məşvərət keçirir. Xatırladaq ki, bu təşkilatın Livanla yanaşı Vaşinqton, Təl-Zviv, Moskva, Bosniya, İran, London, Kabil, Köln, Paris, Malayziya, Küveyt, Məkkə və Bəhreyndə, Orta Asiya respublikalarında mərkəzləri var. Üst-üstə bu mərkəzlərin də 15 min əsgəri “ASALA”nın Beyrutdakı bürosunun ideoloqlarından olan Malik Qukasoviç Paşayan həmkarlarına “Böyük Ermənistan” ideyasına açıqlayır. Bundan sonra Yerusəlimin gücü” radikal islamçılar bir-birinin ardınca “Həmas” təşkilatı (16 iyul 1990-ci il) , “Cihad” qrupu (25oktyabr 1990-cı il), “İnanmayanları ittiham edən qrup”la (10 noyabr 1990-cı il) qarşılıqlı yardım haqqında sənəd imzaladılır. “Qara dənizdən – Xəzər dənizinədək” adlı bir islami təlim proqramı qəbul etdilər. “ASALA” liderləri bu islamçı liderləri bu islamçı fundamentalist radikalçılar içərisində öz tərəfdarlarını axtarıb tapırdılar. Məsələn, “Cihad” qrupundakı Əziz Surenoviç Ağayan, “Həmas” təşkilatındakı “dəftərxana işcisi ”Mürqab Odabaşayan… “ASALA”nın tərkibinə keçdilər. 1990-cı il dekabrın 4-də Malik Paşayan, Mürqab Odabaşyan, Əziz Ağayan… Tehrana oradan da Kəlbəcərə gəlirlər. Dekabrın 12-də isə dəstə Kəlbəcərdən Zəngilan-Qubadlı istiqamətində hərəkət edir. Bu zaman onlara yerli ermənilərdən də qoşulanlar olur.
“ASALA” nın üzvləri 1990-cı il dekabrın 16-da ərazidəki yerli erməni silahlı birləşmələrlə əlaqələrini bərpa edirlər. Bu zaman Londondan Yerevana dərs deməyə gələn Safur Alamzaryan adlı HDQ-də xidmət etmiş zabit dekabrın 26-da Xankəndində olur, 29-da Malik Paşayanın “ASALA!” bürosuna qoşulur. Zabit S.Alamazyan 1999-cu ildə Londondakı “Sakina sekyuriti servis” fundamentalist mərkəzində çalışır. Bu qrupda da ABŞ və İsrailə ölüm hökmü çıxaran və “Beşlik məclisi”nə başçılıq edən Fazlur Rəhman Xəlillə dostluq əlaqələri qurur.
1991-ci il martın 21-dən başlayaraq “ASALA”-çılar Xocavənd, Muğanlı, Ağdərə, Xankəndi, Füzuli, Cəbrayıl istiqamətlərində fəaliyyətlərin aktiv fazasına keçdilər. Bir-birinin ardınca Muğanlıda, Qarakənddə, Çalıbəylidə, Xanobada, Əmiranlarda qətl hadisələri baş verdi. 1991-ci il noyabrın 17-də isə Malik Paşayan Gülablıda rus polkovniki Kuşnariklə kef məclisi qurdu vəbu məclisdə “Böyük Ermənistan” şərəfinə badə qaldırdı…….
1991-ci il noyabrın 20-i saat 13.48-də havaya qalxan Mİ-8 N72 vertolyotunda yanğından əvvəl atışma olub. İlk atəşi, böyük ehtimallara görə, vertolyotu saxta sənədlərlə idarə edən Gennadi Vladimiroviç Domov açıb. Bunu yanıb dağılmış vertolyotun qalıqlarında içəridən açılan (vertolyotun içində-red) güllələrin diametri, açıq yerləri sübut edir. ( İstintaq sənədlərində bu, aydın görünür)… Vertolyot Qarakənddə yerə endirilib… Malik Paşayan və Safur Alamzaryanın “ASALA” qrupu məhz bundan sonra sərnişinləri tərksilah edib ( silahların, diplomat çantaların, sənədlərin itməsi, ayaqqabiların cütlənməsi, plastmas su qablarının səliqə ilə qoyulması səbəbləri və s. hələ araşdırılmayıb ). Beləliklə, Mİ-8 N72 hərbi vertolyotu 1991-ci il noyabrın 20-i saat 14.42-də “Barret M81-A1” silahlı ilə vurulub və bu zaman güclü nüvə yanğını baş verib…
Siyahıda Dağlıq Qarabağın o vaxt MTK-nə başçılıq edən pollkovnik Georgi İvanoviç Septa yoxdur. O Septa ki, hadisədən bir qədər əvvəl MTN-nin kadrlar şöbəsində işləyirdi və bilavasitə milliyətcə erməni olan kadrların şəxsi işlərinə “razılıq” imzasını o atırdı. Bu gün Stavropol vilayətində ermənilərin arasında özünə bağ evi salan, erməni biznesilə işbirliyi quran Georgi İvanoviç Bakı adı gələndə qəzəblə cavab verir: “…Mən belə şəhər tanımıram…”.
1991-ci ilin 20 noyabr terror aktından yayınan, şöbəyə daxil olan operativ məlumatlara biganə yanaşan Georgi İvanoviç siyahıda yoxdur. DQ-nin prokuroru var, Di idarəsinin rəisi var, ama Septa yoxdur. Yaxud Rusiya müqayisəli MN BQ-nın nümayəndəsi, bilavasitə hərbi kəşfiyyat məsələlərinə baxan nümayandə var, amma Azərbaycan MN-nin BQ-dan bir nəfər də olsun nümayəndə yoxdur. Fövqəladə vəziyyət rayonunun hərbi komendantın müavini Vladimir Kuşnarik yoxdur…
Terror aktından əvvəlki günlərin operativ informasiyalarına istintaq materiallarında rast gəlmədik. O günü və ondan üç-dörd gün sonrakı informasiyalar arasında heç nə yox idi. Ermənilərin terror aktları ilə bağlı keçirdikləri yığıncaqlar, görüşlər, əlaqələr, telefon danışıqları… gələn “qonaq”lardan…təlimlərdən hamı xəbərsiz idi. Həm Septa susurdu, həm də MN-nin kəşfiyyat və əks-kəşfiyyat bölmələri iflic olmuşdu.
Araşdırmalarımızın təhlili müəyyən nəticələr çıxarmağımıza imkan verir. Beləlikli, 1991-ci il noyabrın 18-də bədnam Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya Prezident Aparatına zəng edir. Respublikanın DQ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda (Xankəndində, Şuşada, Ağdamda, Əsgəran və Xocavənddə) keçirsin. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulmuşdu. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur.
Siyahıya o vaxt Prezident Aparatında müşavir kimi saxlanılan Viktor Polyaniçko başçılıq etməli idi. Çünki Kremlin Bakıya göndərdiyi qazaxıstanlı general Sanlal Serikovun, milis general-mayoru Mixail Lukaşovun, polkovnik-leytenant Oleq Koşerovun Viktor Polyaniçko ilə şəxsi münasibətləri var idi və onların hər biri ayrı-ayrılıqda Əfqanıstan müharibəsinin iştirakçısı olmuşdu…
Lakin hansı səbəbdənsə Moskva DQ-dəki iclasda dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz Georgi İvanoviç Septa çatdırır. Qəribə idi, Moskva Bakını qoyub, DQ-nin təhlükəsizlik polkovnikinə zəng edir. Sənədlərdə Georgi İvanoviçlə bağlı heç bir sorğu-sual yoxdur. Bu, təbii idi. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi qüvvədə qalır.
…Ermənilərin terror aktına hazırlıq məsələsi isə bir günün, iki günün işi deyildi. Belə terror aktı ən azı on günə və yaxud bir ay əvvəlcədən hazırlanır. Çünki bu terror təsadüfi açılan atəş deyildi… Bu terror düşünülmüş, yüz ölçülüb, bir biçilmiş, bir ssenarinin faciəli sonu idi… (qarakend)
Kimlər həlak oldu?
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-inin müavini
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü
1991-ci ildə Füzuli və Xocavənd rayonlarının hərbi komendantı olmuş general-leytnant Aleksandr Volox 1991-ci il, noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında hərbi helikopterin erməni quldurları tərəfindən vurulmasına münasibət bildirərkən deyib ki, əgər onun ezamiyyət müddətini artırsaydılar, Qarakənd səmasında vurulan helikopterdə o da olacaqdı.
Yenicag.az
20.11.2014
www.yenicag.az