Rumiyyədən Xalq artistinə DƏSTƏK: “Düz deyir, toydan bir il sonra boşanırlar”

media-hightechnic-468x90

Xalq artisti Xalidə Quliyevanın “Gənclərimiz iki-üç il birlikdə yaşasınlar, bilsinlər ki, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar” fikri cəmiyyətdə birmənalı qarşılanmayıb. Aktrisanın fikirləri sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Sənət adamları da bu fikirlə bağlı fərqli mövqedədirlər.

Yenicag.az-a açıqlama verən aktrisa Rumiyyə Ağayeva xalq artistinin fikrini dəstəkləyib:

“Xalidə xanım düz deyir. Bu məsələnin tərəfdarıyam. İnsanların bir-birini tanıması üçün vaxt lazımdır. Ailə böyük məsuliyyətdir. Hər insan hər yaşda buna hazır olmaya bilər.

Mən də onun tərəfdarıyam ki, gənclər minimum bir il bir yerdə yaşasınlar. Çoxunun toyuna da getmişəm, amma görmüşəm ki, bir il, il yarım keçir, boşanırlar. Hətta məni toylarına çağıranda zarafat da edirəm ki, bir il, iki il bərabər yaşayın, görüm bir yerdə yaşayırsınızsa, zərfdə pulunuzu göndərərəm. Deyirəm, mənə toy lazım deyil, onsuz da boş-boşuna toyları gəzib pul paylayıram, bir ildən sonra boşanırsınız. Bu, əlbəttə, zarafatdır, amma həqiqəti əks etdirir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05